Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19
“Kimsə tikir, pul qazanır, ekologiyanın anasını ağlar qoyur”. Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yaşyan sakinlər AzadlıqRadiosunun “Qaynar xətt”inə Babək küçəsindəki ağac kəsimindən şikayət ediblər. Həmin küçədə yaşayan Yaşar Səfərəliyev:

“Küçədə obyekt tikirlər. Tikinti sakinlərin yolunun üstündədir. Piyadaların hərəkətinə mane olur. Tikinti sahibi ətrafdakı ağacları kəsdirib piyadalara yol açmaq qərarına gəlib. Olan-qalan yaşıllıqlar məhv edilir”.

"3 GÜNDÜR KƏSİRLƏR"

Sakinlərin sözlərinə görə, 3 gündür başlanan kütləvi ağac kəsimini dayandırmaq üçün hətta yolu da bağlamağa cəhd göstəriblər:

Küçənin başqa sakini Ədalət Mirzəyev:

“Yüngülvari qarşıdurma da yarandı. Polislər gəldi, bizi sakitləşdirməyə çalışdılar ki, Ekologiya Nazirliyinə məlumat verilib, ağac kəsiminin qarşısı alınacaq. Ancaq mişar yenə öz işindədir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaymar xəıtt"ə bildiriblər ki, Sumqayıtdakı Babək küçəsindəki ağac kəsimi ilə bağlı araşdırma aparılır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG