Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:38

«2» alan şagirdlər sinifdə qalacaqlar


Foto: Arxiv
Foto: Arxiv
-
Təhsil naziri Mikayıl Cabbarov «Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydaların təsdiqi haqqında» əmr imzalayıb.
Qaydalara əsasən, dörd və daha artıq fəndən illik «qeyri-kafi» qiymət alan, dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən 5-8 və 9-cu sinif şagirdləri təkrar sinifdə saxlanılacaq.

Üç fəndən illik «qeyri-kafi» qiymət alan şagirdlərə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər.

Yay tapşırığının hər hansı birindən «qeyri-kafi» qiymət alan şagirdlər də sinifdə saxlanılır.

Qaydalarda həmçinin qeyd olunur ki, ikinci yarımildə bu və ya digər fəndən «qeyri-kafi» qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxət fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.
XS
SM
MD
LG