Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:03

«Arif Paşayev şirkətlərinə nəzarəti prezidentin qızlarına verib»


Arif Paşayev
Arif Paşayev
-
«Turan» yazır ki, Azərbaycan Aviasiya Akademiyasının rektoru, prezident İlham Əliyevin qayınatası Arif Paşayev ailə biznesinin idarə edilməsindən əl çəkərək kommersiya şirkətlərinə nəzarəti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara verib:
«Proses ötən il başa çatıb, ancaq bu barədə 2013-cü ilin nəticələrinə görə iki kommersiya bankının maliyyə hesabatının beynəlxalq auditinin nəticəsi açıqlanandan sonra məlum olub. Buna qədər Əliyeva bacıları «Express Bank» ASC və «Xalq Bank» ASC-ə nəzarət edirdi. Arif Paşayev 2013-cü ilə qədər iri inkişaf edən şirkətlər qrupu olan «Paşa Holding» MMC çətiri altında cəmləşmiş biznesə nəzarət edirdi. 2006-cı ilin noyabr ayında yaradılan holdinqə rəsmən «Paşa Bank» ASC, «Paşa Sığorta», «Paşa Həyat Sığorta», «Paşa İnşaat», «Paşa Travel» və «Kapital Bank» daxildir».

Agentliyə görə, bu şirkətlərdən əlavə qrupa həmçinin «Paşa Kapital», «Paşa Development», «Xalq Kapital», «Xalq Sığorta» və daha bir sıra şirkətlər daxildir.

ONU HƏMSƏDRLİKDƏN UZAQLAŞDIRMAQ OLARMI?

«James Warlick-in həmsədrlikdən uzaqlaşdırılması üçün ilkin olaraq ATƏT-in hazırkı sədrinə müraciət edilməlidir. Ancaq ATƏT sədri təkbaşına belə bir qərar verə bilməz».

Bunu bəzi Azərbaycan rəsmilərinin ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in geri çağırılması təklifini Media forum saytına şərh edən «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
Elxan Şahinoğlu
Elxan Şahinoğlu

«Birincisi, Warlick-in dəyişdirilməsinə Dövlət Departamenti qərar verməlidir. İkincisi, rəsmi Bakının istəyi nəzərə alınsa belə, bu, Yerevanın narazılığına səbəb olacaq, çünki Ermənistan hakimiyyətinin Warlick-in fəaliyyətinə heç bir iradı yoxdur».

Bundan əlavə politoloq hesab edir ki, rəsmi Bakının istəyinə və xahişinə baxmayaraq, çətin ki, vəzifəsinin icrasına 2013-cü ilin sentyabrında başlayan diplomat əvəzlənsin:

«Qısa müddətdə Dövlət Departamenti onu başqasıyla əvəzləməz, əks halda belə görüntü yaranar ki, Vaşinqton Bakının təzyiqi qarşısında geri çəkildi».

FRANSA SƏFİRLİYİNİN LEYLA YUNUSA GÖRƏ ÖZ «İŞ –GÜCÜNÜ» BURAXMAQLIĞI

«Yeni Azərbaycan» yazır ki, «Fransa səfirliyinin öz «iş-gücünü» buraxıb Leyla Yunusun cangüdəninə çevrilməsi bir daha sübut edir ki, ortada onların üst-üstə düşən maraqları mövcuddur».

Qəzet bu maraqların harada «üst-üstə» düşməsinin yaxın vaxtlarda üzə çıxa biləcəyini ehtimal edir.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həyat yoldaşı Arif Yunusla aprelin 28-də Heydər Əliyev adına hava limanında saxlanıb. Onların xaricə səfərlərinə icazə verilməyib. Bir gün sonra isə Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Cəmil Həsənli
Cəmil Həsənli
Hüquq müdafiəçisinin dediyinə görə, ona əsasən dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovla bağlı suallar verilib.

«BU GÜN AZƏRBAYCANDA BAŞ VERƏNLƏR...»

«Bu gün Azərbaycanda baş verənlər 2015-ci ilə hazırlıqla bağlıdır».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli deyib:

«9 oktyabr prezident seçkiləri göstərdi ki, İlham Əliyev rejiminin xalq arasında nüfuzu yoxdur. Bunlar xalqın səsi ilə deyil, MSK-nın arayışı ilə hakimiyyətə gəldilər. 9 oktyabrdan hakimiyyətin çıxardığı nəticə ondan ibarətdir ki, 2015-ci ilin parlament seçkilərinə qədər əhalinin nüfuzunu qazana bilən heç bir qurum qalmamalıdır».

«HEROİN ƏVƏZİNƏ «POROŞOK» YANDIRIBLAR»

«Bizim yol» qəzetinin yazdığına görə, baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov ötən il narkotik vasitələrin dövriyyədən çıxarılması zamanı nöqsanlara yol verildiyini deyib:
«Bəzi qurumlar heroin əvəzinə «poroşok» yandırıblar».

Qəzetin yazdığına görə, Əli Həsənov narkotik aludəçiləri arasında vəzifəli şəxslərin də olduğunu söyləyib:

«Amma Əli Həsənov həmin şəxslərin adlarını açıqlamayıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG