Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00
-
Bu gün mətbuat azadlığında olan vəziyyətin təhlil edilməsi, mətbuatın hücumlardan qorunması və vəzifə borcunu yerinə yetirərkən həyatını qurban vermiş jurnalistlərə dərin ehtiramın izhar edilməsi üçün bir imkandır.

Hər il Azərbaycanın bir qrup media təmsilçisi bu günü 2005-ci il martın 2-də öz evinin kandarında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarını ziyarət etməklə qeyd edir.

ABŞ-da mənzillənmiş «Freedom House» təşkilatının mayın 1-də yaydığı hesabatda qeyd olunur ki, Azərbaycanda repressiv media mühiti daha da pisləşib.

Sənəddə bildirilir ki, bu ölkədə hökumət jurnalist və bloqqerlərin internet fəaliyyətini və telefon danışıqlarını güdür və bunu get-gedə artırır. Nəticədə onsuz da mövcud repressiv media mühiti daha da pisləşir. Azərbaycandakı media azadlığı şəraitinin Ermənistandakından bir azca yaxşı olduğu qeyd edilir.

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG