Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

Obama deyir ki, Ukrayna separatçılarını birbaşa Rusiya dəstəkləyir


Obama və Merkel Ağ evdə, 2 may 2014

Obama və Merkel Ağ evdə, 2 may 2014

-

ABŞ prezidenti Barack Obama deyib ki, Birləşmiş Ştatlar və Almaniya Rusiyanın Ukraynadakı hərəkətlərinin “qiymətini ona ödətmək” əzmində yekdildirlər.

Prezident Rusiyanı Ukraynanın şərqində “ağır silahlanmış yaraqlılara” “əhəmiyyətli dəstək” verməkdə ittiham edib.

5-Cİ MADDƏYƏ SADİQLİK

O deyib ki, Rusiyanın ödəməli olduğu “qiymətə” onun diplomatik və iqtisadi baxımdan təklənməsinə yönəlmiş “koordinasiyalı sanksiyalar” da daxildir.

Mayın 2-də, Ağ Evdə Almaniya kansleri Angela Merkel-lə birlikdə çıxış edən Obama bildirib ki, Almaniya və Birləşmiş Ştatlar NATO müttəfiqlərini birləşdirən müqavilənin “təhlükəsizlik barədə pozulmaz 5-ci maddəsinə” sadiqdirdirlər.

Hərbi alyansın müqaviləsindəki 5-ci maddə bütün NATO üzvlərini alyansın xarici hücum qarşısında qalan hər hansı üzvünün yardımına gəlməyə təhkim edir.

Obama deyib ki, 5-ci maddə həm də Almaniya hərbi təyyarələrinin Rusiya ilə sərhəddə Baltika üzərində patrul keşiyi çəkən NATO təyyarələrinə qoşulmasını nəzərdə tutur. Barack Obama

Barack Obama



OBAMA UKRAYNA ORDUSUNUN ƏMƏLİYYATINI DƏSTƏKLƏYİR

Obamanın çıxışı mayın 2-də Kiyevin şərqi Ukraynadakı Slavyansk şəhəri üzərinə hərbi əməliyyata başladığı vaxta təsadüf edir.

Slavyanskda rusiyapərəst separatçı qüvvələr hökumət binalarını zəbt etmiş, şəhəri blokadaya almış və dörd alman da daxil olmaqla ATƏT-in beynəlxalq müşahidəçilərini tutub saxlamışlar.

Obama bildirib ki, “Ukrayna qüvvələri şərqi Ukraynada qayda-qanunu bərpa etməyə başlayıb və bütün dünya üçün Rusiya tərəfindən dəstəklənən bu separatçıların dinc etirtazçılar olmadığı bəllidir”.

Prezident deyib ki, Kiyev hökuməti “ölkə ərazisində qanun və qaydaları qorumaq məsuliyyəti və haqqına sahibdir” və “Rusiya bu hərbiləşdirilmiş qruplar üzərindəki nüfuzundan onların tərk-silah olunmaları və zorakılığı qızışdırmağı dayandırmaları üçün istifadə etməldir”. Ukrayna ordusu Slavyansk yaxınlığında separatçıların blok-postunu ələ keçirib. 2 may 2014

Ukrayna ordusu Slavyansk yaxınlığında separatçıların blok-postunu ələ keçirib. 2 may 2014


Obama deyib ki, o və Merkel Şərqi Ukraynada rusiyapərəst separatçılar tərəfindən tutulmuş ATƏT müşahidəçiləri ilə “rüsvayçı rəftardan doğan hiddəti” bölüşürlər.

6 ÖLKƏ RUSİYA QAZINDAN TAM ASILIDIR

Merkel deyib ki, əgər “Rusiya şərqi Ukraynanı qarışdırmaqda davam edərsə və Ukraynada mayın 25-də keçiriləcək seçkiləri pozmağa cəhd göstərərsə, Rusiya rəhbərliyinin üzərinə yeni sanksiyalar qoyulacaq”.

Birləşmiş Ştatlar və Avropa İttifaqı artıq bundan əvvəl Rusiyadan olan onlarca şəxs və bəzi rusiyapərəst ukraynalıların üzərinə Krım yarımadasının ilhaqı ilə bağlı sanksiyalar qoyublar.

Rusiyanın enerji sektoru üzərinə qoyulacaq yeni sanksiyalar Vaşinqton və Brüsseldə müzakirə olunub.

Merkel qeyd edib ki, Avropa Birliyinin 6 ölkəsi Rusiya qaz təchizatından 100 faiz asılıdır.

Lakin o deyib ki, AB Avropanın Rusiya enerjisindən asılılığını azaldacaq uzunmüddətli strategiyanı nəzərdən keçirir.

Tərcümə: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG