Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

-
Astara gömrüyü 3 aydan çoxdur ki, sahibkar Yunus Orucovun yükünü buraxmır. O, bu il fevralın 1-də İrandan kafel gətirib. Deyir, dövlət rüsumunu ödəməklə bir maşınlıq yükü ölkəyə keçirmək istəsə də, gömrükdə ilişib qalıb. Sahibkar sürücü ilə bağladığı müqavilə əsasında gündə 50 manat cərimə ödəyir:


«Bütün instansiyalara müraciət etmişəm, amma nəticəsi yoxdur. Heç bir səbəb gətirmədən yalnız bunu deyirlər ki, kafel bazara bircə firmanın adından girməlidir, həmin firmaya da 10 min 500 manat pul verməlisən. Malı da, istəyirsən, dənizə tök. Ancaq prezidentin idxal-ixrac əməliyyatının liberallaşdırılması haqqında 609 nömrəli fərmanı var. O fərmana görə hər bir hüquqi şəxs xarici ticarətlə məşğul ola bilər. Amma bunlar monopoliya yaradırlar. Şirvan İqtisad Məhkəməsinə üz tutmuşam, 2 dəfə işə baxıb, iştirak etməyiblər. Əvvəllər də belə əngəllər olub, ancaq indi heç kəsi saymırlar».


Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin 192 Çağrı Mərkəzindən AzadlıqRadiosuna bildirilib ki, Yunus Orucovun gətirdiyi yükün saxlanmasına səbəb sənədlərinin qaydasında olmamasıdır. Mərkəzdən məsələyə aydınlıq gətiriləcəyini deyilsə də, hələlik, hər hansı açıqlama verilməyib.

SƏNƏDLƏR, VƏDLƏR

Yuus Orucov «sənədlərin qaydasında deyil» sözlərini eşidən nə birinci, nə də sonuncu sahibkardır. AzadlıqRadiosuna dəfələrlə bənzər müraciətlər olunub. Elə bu günlərdə Türkiyədən laminat gətirən sahibkarın yükü də artıq üçüncü dəfə gömrükdə saxlanıb.

Gömrük. Foto: Arxiv

Gömrük. Foto: Arxiv



AzadlıqRadiosuna danışan Vüsal Hacıyevin gətirdiyi yük «Sınıq Körpü» Gömrük Keçid Məntəqəsində aprelin 27-də saxlanıb. Dediyinə görə, gömrüyün əsas iradı yenə də sənədlərlə bağlı olub. Gömrük Komitəsindən də bunu AzadlıqRadiosuna təsdiqləyiblər.

Daha bir şikayət həmin komitənin Avtonəqliyyat Baş Gömrük İdarəsindəndir. Sumqayıt sakini Elman Əliyevin aprelin əvvəlində ölkəyə gətirdiyi, ötən ilin istehsalı olan «Toyota Land Cruiser 200» markalı avtomobili gömrük idarəsindən buraxılmır. Səbəb kimi avtomobilin «Avro-4» standartına uyğun olmadığı göstərilir. Elman Əliyev mayın 1-də AzadlıqRadiosuna zəng edərək iki həftədən artıq müddət ərzində dövlət orqanlarına təqdim etdiyi sənəd və eşitdiyi vədlərdən danışır.


XARİCİ DÖVRİYYƏDƏ 20% AZALMA

«Euro-4» ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma gözə dəyir. «apa-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu günlərdə jurnalistlərə açıqlamasında həmin fikri dilə gətirib. Onun sözlərinə görə, bu azalma Azərbaycanın xarici ticarət dövriyyəsində də 20% azalma doğurub.Aydın Əliyev onu da bildirib ki, idxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük sənədlərinin rəsmiləşdirilmə müddəti qısaldılacaq. Komitə sədri son 1 ildə gömrük orqanlarında yeni qaydaların tətbiq edildiyini və sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumətə 3 təklif verildiyini söyləyib. Bu təkliflər iki qanunverici aktla bağlıdır:

Aydın Əliyev

Aydın Əliyev



72 SAAT 24 SAATA ÇEVRİLƏ BİLƏR

«Bunlardan birincisi Gömrük Məcəlləsidir. Bu məcəllədə yük sənədlərinin rəsmiləşdirilməsinin 72 saata başa çatdırılması nəzərdə tutulur. İndi bu müddəti 24 saata endirməyi təklif etmişik. İkincisi məcəllə ilə – ölkə başçısının «Xarici ticarətin daha da liberallaşdırılması haqqında» 1997-ci fərmanına dəyişikliklərlə bağlıdır. Axırıncı ən vacib təklifsə gömrük orqanlarına təqdim olunan sənədlərlə bağlıdır. Bu sənədlərin qanun çərçivəsində təqdimi üçün təkliflərin tənzimlənməsi təklif olunur. Bu, ən vacib məsələlərdən biridir».


Komitə sədri bunu da bildirib ki, gömrük yüklərinin Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) vasitəsilə bəyan edilməsi planlaşdırılır.

Canlı müzakirə

A.Əliyev gömrük sahəsində şəffaflığın təmin olunmasına görə, Azərbaycanın 138 ölkə arasında 39-cu yerdə qərarlaşdığını deyib. Bu, gömrük ödənişlərinin banklar vasitəsilə köçürülməsindən, elektron hökumət sahəsində görülən işlərdən qaynaqlanıb.

GÖMRÜYÜN DAXİLİ İŞİ

Gömrükdəki süründürməçilik, sahibkarlara yaradılan əngəllər, zaman-zaman, iqtisadçıların toxunduğu mövzu olub, parlament üzvləri tərəfindən də qaldırılıb.

İqtisadçı ekspert Oqtay Haqverdiyev gömrükdə baş verənləri ölkədə oturuşmuş korrupsiya zəncirinin bir halqası adlandırır:


«Yəni problem təkcə gömrüklük deyil. Ayrı-ayrı şəxslər korrupsiyaya görə cəzalandırılsa da, gömrüyə tam girişə bilmirlər. Gömrük Komitəsi təklifi hara verib? Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

Bunun üçün prezident sərəncam verəsi deyil ki. Bu, gömrüyün daxili işidir, əsasnaməsində də yazılıb. Komitə sədri özü bir əmrlə həll edə bilər məsələni. Funksiyanın «ASAN xidmət»ə verilməsi məsələni daha da qəlizləşdirər. Gömrük sistemi həm də təhlükəsizlik deməkdir. Hər yerdə ASAN açılmayacaq ki. ASAN xidmət məsələləri ilə məşğul olmalıdır».


SAHİBKARA GÖSTƏRMƏK Kİ...

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı problemin məmurların sahibkarlıqla məşğul məmurlarda görür, yəni ilk öncə sahibkar-məmurun maraqlar konflikti aradan qaldırılmalıdır:


«Ölkədə sahibkarlıqla məşğul şəxslərin çoxu, yaxud şirkətlərin arxasında duranlar dövlət məmurlarıdır. Məhəmməd Talıblı

Məhəmməd Talıblı

Həm idxal, həm də istehsal üzərində monopoliya hökm sürür. Həmin monopolistlərin maraqları imkan vermir ki, onlarla rəqabət aparacaq mallar ölkəyə daxil olsun. Rəqabətli bazar mühiti yaradılmalıdır. Gömrük korrupsiyanın ən çox kök saldığı qurumdur. Elə bəzi xidmətlərinin ASAN-a verilməsi bu qurumun funksiyalarını yerinə yetirə bilmədiyini göstərir. Bu dövlət qurumunun simasını dəyişmək üçün siyasi iradəyə ehtiyac var. Əslində, gömrükdə yükü saxlanan bəzi sahibkarların növbəti dəfə mal gətirmək imkanını əlindən almağa çalışırlar. Göstərmək istəyirlər ki, növbəti əməliyyat zamanı onları daha böyük iflas və təhlükə gözləyir. Təbii ki, sahibkarlıqla məşğul olanların sayı, sahibkarlıq subyektlərinin büdcəyə ödədiyi vergilər azalır. Eləcə də dövlət büdcəsinə qeyri-neft daxilolmalarının həcmi azalır».

Şərhləri göstər

XS
SM
MD
LG