Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26
-

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyev işdən çıxarılıb.

Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı olan Timurçin Əfəndiyev 27 il idi həmin vəzifədə çalışırdı.

Onun yerinə Fərəh Əliyeva rektor təyin edilib. O, tanınmış tarixçi Şirməmməd Hüseynovun qızıdır.

Bundan əvvəl Bakı Slavyan və İqtisad universitetlərinin rektorları da dəyişdirilmişdi.

Fərəh Şirməmməd qızı Əliyeva buna qədər Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı idi. O, sənətşünaslıq namizədidir. 1961-ci ildə Bakı şəhərində anadan olub. Fərəh Əliyeva

Fərəh Əliyeva



1984-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib.

Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb.

1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb.

1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya («Azərbaycan musiqisində üslub axtarışları», B., 1996), dərsliklər («Musiqi ədəbiyyatı», həmmüəllif A. Tağızadə, B., 1994; «Musiqi» həmmüəlliflər T. Babayeva, S. Qurbanəliyeva, B., 2001), onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir.

Tədqiqatçı kimi F. Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb.

O, Ü. Hacıbəyov, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahanqirov, T. Quliyev, R. Behbudov və s. bəstəkarlar, ifaçılar haqda məqalələrin müəllifidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG