Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Fuele: "Avropa Birliyi Putinin 2005-ci ildə dediyini ciddi qəbul etmədi"


Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele Azadlıq Radiosuna deyib ki, Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinin 2005-ci ildə dediyini ciddi qəbul etmədi.
O vaxt Putin SSRİ-nin dağılmağını “20-ci əsrin ən böyük faciəsi” adlandıranda buna heç kim fikir vermədi.

Mayın 2-də Fuele bildirib ki, Rusiyanın Krımı anneksiyası və Ukraynanın şərqində separtaçılara dəstək verməsi Rusiyanın beynəlxaql hüquqa məhəl qoymamasını və Putinin “sıfır qütblü” dünya yaratmaq arzusunu göstərir. “Sıfır qütblü dünya”da , Fuelenin sözlərinə görə, “bir qayda var, o da qaydasızlıqdır.”

Fuelenin Genişlənmə Komissarı vəzifəsində 5 illik müddəti oktyabr ayında bitir. O deyib ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində inteqrasiya cəhdlərini davam etdirəcək. Ancaq potensial tərəfdaşların özləri də gərək, islhatlar aparsınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG