Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:57

Fuele deyir ki, biz heç kimi Moskva ilə Brüssel arasında seçim etməyə məcbur etmirik


Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele Azadlıq Radiosuna deyib ki, “Şərq Tərəfdaşlığı Proqramı heç bir ölkəni Moskva ilə Brüssel arasında seçim etməyə vadar etmir. Əgər bizim tərəfdaşlardan biri belə seçim edirsə, biz onun seçiminə hörmətlə yanaşacağıq.”

Rusiyanın Gömrük İttifaqına qoşulmaq qərarını verən Ermənistan haqda Fuele deyib: “Ermənistna gəlincə, biz aydın bildirmişik ki, biz gələcək tərəfdaşlığımızı bu 3 il yarımda əldə olunan müsbət nəticələr üzərində quracağıq”.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına keçmiş Sovet İttifaqının 6 ölkəsi – Azərbaycan, Ermənistan, Ukrayna, Belarus, Gürcüstan, Moldova daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG