Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Akademik Milli Dram Teatrı Adana Teatr Festivalına qatılıb


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı
-
Aprelin 8-də Türkiyənin Adana şəhərində Dövlət Teatrları və Sabancı Uluslararası Adana Teatr Festivalı başlayıb.

Festivalda iştirak etmək üçün Akademik Milli Dram Teatrının yaradıcı heyəti aprelin 30-da Adanaya yola düşüb.

Teatrın mətbuat xidmətinin yaydığı xəbərə görə, heyət 1-2 may tarixlərində M.F. Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyası əsasında hazırlanan tamaşanı seyrçilərə təqdim edib.

Xəbərdə deyilir ki, Hacı Ömər Sabancı Kültür Mərkəzi Adana Dövlət Teatrının səhnəsində nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.

Bu il Adana Dövlət Teatrı fəaliyyətinin 31-ci, Sabancı Uluslararası Adana Teatr Festivalı isə 15-ci ildönümünü qeyd edir.

Sabancı Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu teatr festivallarındandır.

Hər il festivalda dünyanın müxtəlif ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edir.

Bu il festivalın proqramına İstanbul Dövlət Teatrının «Səhra fırtınaları» və «Hamlet», Kocaeli Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının «Qəfəsdən bir quş uçdu» və «İstanbul əfəndisi», İspaniya Yllana Teatrının «Muu», Ankara Ekin Teatrının «Üçüncü zəng», Bursa Dövlət Teatrının «Sarıpınar», İran İnruzha Teatr Birliyinin «Quraqlıq və yalan», Mersin Dövlət Opera və Balet Teatrının «Çalıquşu», Van Dövlət Teatrının «Ay işığı sirki», İzmir Dövlət Teatrının «Sonuncu qışqırıq», Eskişehir Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının «Yalan dünya», Kenter Teatrının «Seçilmiş hekayələr», Rumuniya Passe-Partout Teatrının «Biz ikimiz», Teatr Kedi «Mənə əsməyi öyrət» və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının «Lənkəran xanının vəziri» tamaşaları daxildir.

Festival mayın 16-dək davam edəcək.

Akademik Milli Dram Teatrının kollektivinin sabah –mayın 3-də vətənə dönəcəyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG