Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33
-
«Forum 18» Beynəlxalq Təşkilatı bildirir ki, Azərbaycanda iki dindar - Eldəniz Hacıyevİsmayıl Məmmədov «dini etiqad yaymaq adı altında qrup yaratmaq»da günahlandırılırlar.

Bu barədə Eldəniz Hacıyevin vəkili Nizami Abbasov «Forum 18»ə danışıb.

İttiham təsdiqlənsə, onları 3 il həbs gözləyir.

«Forum 18» bildirir ki, iki həftə əvvəl onların saxlanmasından sonra məhkəmə Eldəniz Hacıyev və İsmayıl Məmmədov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Nizami Abbasovun sözlərinə görə, Eldəniz Hacıyev ona deyib ki, o, «Quran» oxuyur və dostlarını da öyrədirdi, heç kimə qarşı bir şey etməyib.

«Forum 18» bildirir ki, Qazaxda da keçirilən reyd zamanı Səid Nursinin kitablarını oxuyan başqa birisi 7 sutkalıq həbs olunub.

«Forum 18» Osloda yerləşən və dini azadlıqları müdafiə edən təşkilatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG