Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan mifi


Foto: Arxiv
Foto: Arxiv
-
Gözlə
Embed

No media source currently available

0:00 0:04:18 0:00
Direct-ə keçid

Hər dəfə böyük qlobal və regional siyasi proseslər baş verəndə sanki elə təsəvvür yaranır ki, bəli, artıq vaxtı yetişib. Bundan sonra ciddi siyasi dəyişikliklər gözləmək olar.

Hər dəfə də belə ümidlərin sonu böyük məyusluqla bitir və belə təəssürat formalaşır ki, bütün situasiyalarda yalnız rəsmi siyasət güclənir: zahirən yeknəsəq stabillik təsiri bağışlayan ölkədə elə bir ay olmur ki, qalmaqallı məhkəmə prosesi, ya da ki, üzücü dindirmələr, hüquqi «təhqiqatlar» olmasın.

Əgər siyasi fəallıq və proseslər repressiyaların səviyyəsi ilə ölçülsəydi, gərək ötən əsrin 30-cu illərində SSRİ-də çox böyük müxalifət hərəkatının mövcud olduğunu qəbul edəydik.

Amma o vaxt belə hərəkat var idimi? Hər halda, akademik tarix buna birmənalı şəkildə «hə» demir.

Bəli, tarix bildirir ki, o vaxtlar təşkilatlanmış və mütəşəkkil müxalifət yox idi, sadəcə, fərqli fikirlilər, başqa cür düşünən insanlar vardı və onlar bir çox hallarda başqa bir siyasi institut daxilində deyil, elə kommunist partiyasının özünün içində cəmləşmişdilər...

KLASSİK MƏNADA MÜXALİFƏT YOXDUR, AMMA...

Bu kiçik ekskurs bizə Azərbaycandakı prosesləri başa düşmək üçün lazım idi. İndi Azərbaycanda da sözün klassik mənasında real, siyasətə təsiri ola bilən, mütəşəkkil müxalifət yoxdur, sadəcə, fərqli düşünən insanlar və bir də onların ictimai-siyasi klubları var. Bir çox hallarda onlar adi ziyalılar, jurnalistlər, hüquq müdafiəçiləri və gənclərdir. Onlar, artıq qeyd etdiyimiz kimi, hakimiyyətə real iddiası olan qruplar deyillər. Amma daim təqiblərə məruz qalırlar.
Polis müxalifət fəallarını saxlayır - 12 oktyabr 2013
Polis müxalifət fəallarını saxlayır - 12 oktyabr 2013
Hətta belə detalı sezməmək mümkün deyil ki, axır vaxtlar hakimiyyətin təzyiq vektorları rəsmi müxalifət adını daşıyan qruplardan daha çox ictimaiyyət fəallarına və gənclərə qarşı yönəlib.

Bunu isə yalnız bir cür yozmaq olardı: artıq insanlar hakimiyyətə alternativ yaratmaq istədiklərinə görə deyil, fərqli düşüncə sahibi olduqlarına görə təqib olunurlar.
Bəli, bu ölkədə, özünü «tolerantlıq nümunəsi» hesab edən ölkədə fərqli, başqa cür düşünmək böyük fiziki və mənəvi güc tələb edir. Belə adamlar və onların övladları üçün karyera yolu artıq bağlıdır. Onlar özlərini və ailələrini dolandırmaq üçün dissidentlərin istifadə etdikləri üsullardan istifadə etməyə məhkumdurlar. Belə yollardan biri beynəlxalq təşkilatlardan dəstək almaq yoludur. Amma bu yol da hakimiyyət tərəfindən təqdir olunmur və ciddi nəzarət altındadır.

Rusiyada beynəlxalq təşkilatlardan dəstək alan QHT-ləri «xarici agent» kimi qeydiyyatdan keçməyə məcbur edirlər. Kim təminat verə bilər ki, Rusiyanın daxili siyasətinin «surət»ini çıxarmağa alışmış hakimiyyət sabah yerli QHT-ləri də bu adla qeydiyyatdan keçməyə məcbur etməyəcək?

Onsuz da uzun illərdir ki, rəsmi ideologiyaya bağlı olan media strukturları, eləcə də hakimiyyət təmsilçilərinin özləri müxalifəti və ictimai fəalları xarici kəşfiyyatlarla bağlı olmaqda ittiham edirlər.

Əslində isə insan haqları heç bir dövlətin daxili işi hesab edilmir. Ona görə də istəyərək və yaxud da istəməyərək Avropa Şurasının üzvü olmuş Azərbaycanın məmurları bu tezislə çoxdan barışmalı idilər, amma barışa bilmirlər, yaxud da ki, barışmaq istəmirlər...
Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev


MİF REALLIĞA ÇEVRİLMƏDİ...

Belə bir situasiyada bəzi ölkələr, böyük siyasi birliklər hələ də ümid edirlər ki, mövcud hakimiyyət nə vaxtsa tənqiddən və real vəziyyətdən nəticə çıxararaq siyasi islahatlara başlayacaq. Bu mifin ən azı 11 yaşı var. Bu 11 ildə çox şey olub, çox sular durulub, amma nə islahat olub, nə də ki, islahat aparan. Ümidlər isə hələ də qalır...

Bəli, islahatlardan söz düşəndə yerli hakimiyyət həmişə mürəkkəb geosiyasi vəziyyəti və bir də çətinliklə bərqərar olmuş sabitliyi bəhanə gətirir. Hər dəfə də situasiya bu hakimiyyətin xeyrinə işləyir.
Böyük dövlətlər isə özlərini elə aparırlar ki, sanki başqa bir hakimiyyət olsa, dərhal Ermənistana hücum edəcək, nefti-qazı Avropaya satmayacaq, bütün səfirliklərin qapısını kilidləyəcək!

Nə demək olar? Bu da bir mifdir. Məğzi də budur ki, hakimiyyətin alternativi yoxdur, başqaları hakimiyyətə gəlsə, bu vaxta qədər çətinliklə qurulan hər bir şey bir günün içində çökəcək...

Bəli, problem budur. Reallığı görmək istəmirlər. Bəlkə ona görə ki, böyük siyasətdə kiçik dövlətlərin siyasi olimpində əməkdaşlıq edən, bərabər tərəfdaş olan adamları deyil, gözükölgəli, suçlu adamları görməyə daha çox alışıblar?...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG