Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:45
-

Mayın 2-də «ANS» telekanalının əməkdaşı Ləman Ələşrəfqızı Milli Məclisin binasına buraxılmayıb. Bununla bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) rəhbərliyi parlamentin mətbuat katibi Akif Təvəkküloğlu ilə görüşərək, məsələni müzakirə edib.

PJB rəhbəri Elşad Eyvazlının AzadlıqRadiosuna verdiyi məlumata görə, A. Təvəkküloğlu ona deyib ki, «ANS» əməkdaşlarından Milli Məclisin fəaliyyətinin işıqlandırılması ilə bağlı narazılıqlar var. Bununla əlaqədar hətta şirkət rəhbərliyinə müraciət edilib. Müraciətdə «ANS» rəhbərliyindən Milli Məclisin fəaliyyətini işıqlandırmaq üçün başqa əməkdaşını göndərməsi tövsiyə olunub.

Bir müddət əvvəl «ANS» televiziyası Ləman Ələşrəfqızının Milli Məclisin operatoru Akif Məmmədovun deputataların yerinə səs verməsini göstərən reportajını yayımlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG