Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17
-
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi bu gün parlamentdə onların ünvanlarına səslənən fikirlərə münasibət açıqlayıb.

Qurumdan AzadlıqRadiosuna göndərilən açıqlamada bildirilib ki, Şərq regionu üzrə Avropa Qonşuluq Siyasətində “Milli Davranış Sisteminin qiymətləndirilməsi” layihəsi çərçivəsində bəzi sahələrlə bağlı qiymətləndirmə aparıb. Bu sahələr arasında qanunverici, məhkəmə, icraedici hakimiyyətlər, dövlət sektoru və o cümlədən dövlət satınalmaları, hüquq-mühafizə və seçki idarəetmə orqanları, Ombudsman İnstitutu, o cümlədən, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və biznes sektoru var.

“Artıq bu sahələrlə bağlı hazırlanan hesabatların ilkin varinatı hazırdır”, - deyə təşkilat açıqlamasında bildirir.

O da nəzərdə tutulub ki, hesabatın ilkin variantı KİV-də müzakirəyə çıxarılsın. Hesabatın tam mətni bu il may ayının sonlarında ictimaiyyətə təqdim olunacaq.

“PARLAMENTDƏ İKİ SORĞUYA CAVAB VERİLMƏYİB”

“KİV-də müzakirə olunan və bəzi millət vəkilləri tərəfindən ciddi tənqid ilə qarşılanan hesabatla bağlı onu demək istəyirik ki, sənəd hazırlanarkən çoxsaylı mənbələrə istinad olunub. Hesabatın hazırlandığı dövrdə Milli Məclisin rəhbərliyinə sənəddə qoyulan suallara cavab almaq üçün müraciətlər ünvanlanıb. Təəssüf ki, 2013-cü ilin sentyabr və noyabr aylarında parlamentə iki sorğu göndərilsə də, suallara cavab verilməyib”.

“TƏƏSSÜFLƏ QARŞILAYIRIQ”

Hesabatın subyektivlikdən uzaq olduğunu açıqlayan “Şəffaflıq Azərbaycan” bildirir ki, parlamentin bu günkü iclasında quruma və onun rəhbəri Rəna Səfərəliyeva haqqında “şayiələrə əsaslanaraq səsləndirilən fikirləri” təəssüflə qarşılayırlar. “Hesabatın məğzi ilə bağlı olmayan, əvəzində Rəna xanımın şəxsinə yönəlmiş bu ittihamların əsassız olduğunu xüsusi həssaslıqla vurğulamaq istəyirik”, - açıqlamada deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG