Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28
-

«İnzibati Xətalar» və «Yol Hərəkəti haqqında» qanunlara edilən dəyişikliyə görə, sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələr minimuma endirilir.

Bunu mayın 2-də Milli Məclisin iclasında Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.

O həmçinin deyib ki, dəyişikliyə görə, sürücülər hansısa narahatçılıq doğuran haldan məhkəməyə müraciət edə biləcəklər.

«Yol Hərəkəti haqqında» qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz».
XS
SM
MD
LG