Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34
Ukraynanın Müdafiə nazirliyi Slavyansk şəhərinin rusiyapərəst yaraqlılardan geri alınmasında 2 vertolyotunun vurulmasını və 2 pilotunun həlak olmasını təsdiqləyib.
Yaraqlıların sözçüsü isə 1 nəfərin döyüşdə öldüyünü bildirib.

Slavyansk keçən aydan yaraqlıların əlindədir. Daxili İşlər Naziri Avakov Facebook səhifəsində yazıb ki, Slvayanskda bu günki əməliyyatın məqsədləri bütün girovları azad etmək, binaları boşaltmaq, şəhər hakimiyyətinin normal işini bərpa etmıək, yaraqlıları tərk-silah etməkdir.

Avakov bildirir ki, yaraqlıların təyyarə əleyhinə raketləri, ağır artilleriyası var.
Yaraqlılar Slavyanskın merini, bir neçə jurnalisti və Ukraynanın təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını tutub-saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG