Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:36

“Kitabi-Dədə Qorqud” eposu latış dilində çıxıb


-
“Bu dastan özündə təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadır”

Bu sözləri “Kitabi-Dədə Qorqud” eposunun latış dilində çıxan nəşrinin Milli Kitabxanada keçirilən təqdimat mərasimində Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva dilə gətirib.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latış dilində çap olunub.

Nazirliyin yaydığı xəbərə görə, mərasimdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers və digər qonaqlar iştirak edib.

Mərasimdə bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanının latış dilində çap olunması ideyasını Xalq yazıçısı Elçin irəli sürüb və nazirlik bu ideyanı dəstəkləyib.

Çıxışçılar Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un latış dilinə tərcümə olunaraq nəşr edilməsini əlamətdar hadisə adlandırıblar.

Tədbirdə çıxış edən Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers, Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli dastanın xarici dillərə tərcüməsinin ölkələr və xalqlar arasında körpü olduğunu, iki ölkənin mədəniyyətinin və tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Dastanın latış dilinə tərcüməçisi, tanınmış türkoloq, şair Uldis Berzinsh çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirib.

O, diqqətə çatdırıb ki, ötən əsrin 70-ci illərindən türk ədəbiyyatının tərcüməsi ilə məşğuldur, bir çox Azərbaycan yazıçıların əsərlərini latış dilinə tərcümə edib.

Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov “Kitab-Dədə Qorqud” ensiklopediyasını tərcüməçi Uldis Berzinshə hədiyyə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG