Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:50

«5-ci kolonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki... »


Siyavuş Novruzov

Siyavuş Novruzov

-

«Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yaymalıdır ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edib, o ölkənin pasportunu almaq istəyənlərin dərhal Azərbaycan vətəndaşlığına xitam veriləcək». Bu sözləri Milli Məclisin iclasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib:

«Ola bilər ki, kimsə xarici ölkələrdə ticarətlə məşğul olmaq istəsin. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın. Yox, əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır. Bu gün dünyada baş verən hadisələrə nəzərə salsaq görərik ki, dövlət müstəqilliyinin qorunması məsələsi öndə duran məsələlərdən birincisidir. Bütün Azərbaycan vətəndaşları hamı bir olmalıdır. Dövlətin və prezidentin, eləcə də müstəqilliyin ətrafında birləşməlidir».

«ONLAR BİZİM ARXAMIZDAN BIÇAQ VURAN İNSANLARDIR»

Siyavuş Novruzov daha sonra ermənilərlə əməkdaşlıq edən azərbaycanlılardan danışıb:

«Biz görürük ki, vətən xainləri - Azərbaycan əleyhinə iş aparanlar, ermənilərə işləyənlər səngərin o biri tərəfində duran düşmənlərdən daha pisdir. Onlar bizim arxamızdan bıçaq vuran insanlardır. Həmin insanlar ki, Azərbaycan ərazisində yaşayır, fəaliyyət göstərir və beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar göndərir. Sonradan məlum oldu ki, həmin səfirlər xəbər ötürən insanların hesabına Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edirlər. Hesabatın erməni mənbələrinə aid olduğu sonradan bilindi».

Deputat bu məsələylə bağlı təkliflə çıxış edib:

«Onlara qarşı işlər görülməlidir. 5-ci kolonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki, vətənimizə xəyanət edən insanlar ifşa olsunlar. Azərbaycan dövlətçiliyinə qarşı çıxış edənlər mütləq layiqli cəzalarını almalıdır. Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də buna qarşı ciddi addımlar atılmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG