Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:28

ABŞ-da 600 şübhəli banda üzvü həbs olunub


-
Birləşmiş Ştatlarda 600 şübhəli banda üzvü saxlanıb. Daxili Təhlükəsizlik Departamentinin apardığı əməliyyat küçə bandalarına qarşı ən böyük əməliyyat sayılır.

Mart-aprel aylarında 179 şəhərdə 638 nəfər saxlanıb. ABŞ rəsmiləri bildirir ki, saxlananların 400-dən çoxunun kriminal tarixçəsi var, onlardan qətlə görə axtarılanlar da olub.

Bir rəsminin sözlərinə görə, saxlananlardan 75 faizinin Surenos, və ya Sur 13 bandasının üzvləri olmasına dair şübhələr var. Surenos-un Latın Amerikasındakı digər bandalar və narkotik maddə ticarətilə məşğul mafiya təşkilatları ilə əlaqələri var.
XS
SM
MD
LG