Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Bu il buğda və çəltik əkini üçün 20 milyon manat ayırılır


Hökumət bu il buğda və çəltik əkini üçün 150 min fermerə təxminən 20 milyon manatlıq yardım ayırır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Vəsait Respublika Komissiyasına 58 rayon (şəhər) komissiyasından 2013-cü il 01 dekabrına qədər daxil olan istehsalçıların siyahısına əsasən bölüşdürüləcək. Müvafiq qərara görə, hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilir.

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslərin istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizi də dövlət tərəfindən ödənilir.
Nazirlik fermerlərin nəzərinə çatdırır ki, şəffaflığın tam təmin edilməsi məqsədilə hər bir rayon və kəndlər üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrılıqda hər birinə veriləcək yardımın məbləği haqqında məlumatı www.agro.gov.az saytının subsidiyalar bölməsində yerləşdirilib.
XS
SM
MD
LG