Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34
-
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət
Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib:

“Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq. Birinci Qarabağ savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz qoydu, ancaq “907-ci düzəliş”i bir sanksiya kimi Amerika bizə tətbiq elədi. Burada erməni diasporasının faktoru var. Ona görə də bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılaşdırılmış şəkildə həyata keçirmək.

Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər. Bu mənim şəxsi yanaşmamdı. Sözsüz ki, bütün bunlar ikitərəfli sazişlər əsasında olmalıdır. Həmin sazişdə də Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin və əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur. Bu zaman Azərbaycan çalışmalıdır ki, Rusiyanı qıcınqlandıran siyasət yürütməsin və oturub daha əlverişli beynəlxalq şəraitin yaranmasını gözləsin. Bu da nə qədər çəkəcək bəlli deyil”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG