Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26
-
Ukraynanın Donetsk şəhərində üzümaskalı naməlum şəxslər Horlivka şəhərində prokurorluq binasını ələ keçirib.

Yerli informasiya agentliklərinin yazdıqlarına görə üzümaskalılar binadan kompyuterləri daşıyırlar. Binanın önündə isə cinayət işləri və prokurorluğa aid digər sənədlərin yandırıldığı tonqal qalanıb.

Ötən gün yayılımış məlumatlarda deyilir ki, Donetskdə Rusiya meyilli qüvvələr Donetsk prokurorluğuna hücum edərək binanı ələ keçiriblər. Milislə toqquşma zamanı daş və “Molotov kokteyli”ndən istifadə olunub. “İnterfaks”ın yaydığı məlumata görə, 26 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Tibbi yardım üçün müraciət edənlərdən 4-ü güllə yarası alıb.

Hazırda Ukraynada prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turchinov “hökumətin müdafiə qabiliyyətini artırmağa dair ölçülər”lə bağlı fərman imzalayıb.
Bu sənəd, əsasən, silahlı qüvvələrin çağırışını yenidən bərpa etməyi nəzərdə tutur.
Artıq bir neçə həftədir ki, Ukraynanın cənub-şərqində gərginlik davam edir. Rusiya meyilli qüvvələr burada hökumət binalarını ələ keçirirlər. Bu gərginliyə son qoymaq məqsədilə hökumət “antiterror əməliyyatlara” start verib.

UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR

Günün bütün mövzuları

XS
SM
MD
LG