Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:46
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Roma Xosrov


BURDA GECƏLƏRİN SƏHƏRİ YOXDUR

Burda gecələrin səhəri yoxdur,
Burda şam yerinə min adam yanıb.
Yığıb Qarabağı bir damın altda,
Kimsə kibrit çəkib, həmən dam yanıb.

Bu ocağa sönənəcən tüpürdük,
Göydən hisin, yerdən izin süpürdük,
Közü qaldı, bir ağızdan üfürdük,
Adam yandı, hamı dedi:- "şam yanıb"

Boğmadı... boğmadı yaş adamları,
Heykələ çevrilən, daş adamları,
İçi qutu kimi boş adamları,
Durub görəsən ki, bir axşam yanıb.


ÖYRƏNƏ BİLMƏDİM BİR QIZ DİLİNİ

Dilini öyrəndim bütün dillərin,
Öyrəndim qış dili, payız dilini,
Əzbərə çevirib ömrün illərin,
Öyrəndim təkliyin yalnız dilini.

Mən nəmli gözlərdə yaş dili bildim,
Daş olan ürəkdə daş dili bildim.
Adam dili bildim, quş dili bidlim,
Qələmdən öyrəndim kağız dilini.

Göylərlə danışdım yağış dilində,
Zirvəylə danışdım yoxuş dilində,
Özgəylə danışdım tanış dilində,
Öyrənə bilmədim bir qız dilini.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG