Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:06

Öldürülən qadınlar


Rəsm: Hicran Əliyev
Rəsm: Hicran Əliyev
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Sədaqət Salahova


ÖLDÜRÜLƏN QADINLAR

Yağmurlu payız günü yolun düz ortasında,
Ağlayan qadın, dözümü bitmiş, artıq ümüdsüz.
Gedəcək bir yeri yox, dönəcək bir evi yox.
Geridə qalan ərinin əlində bir çəngə saçı,
Ağzından döşəməyə düşən qan damcıları,
Üzündə ərinin əl izləri, kürəyində ər yumruğunun küt ağrısı.
Ağlayır içindəki, acıları tökməkçün,
Ağlayır qanına işləmiş zəhəri təmizləməkçün
Qətiyyətsiz addımlarla, hər an yxılacaq halda,
İllərini məhv edən, o ərdən, o evdən son qaçışı.
Amma gec, ömür keçmiş, özünə zamanı qalmamış.
Övladlar böyütmüş, əmək vermiş,
Bir kişini uğura daşıya biləcək qədər,
Güc, zaman tükətmiş bir qadının verə biləcəyi nə vardısa vermiş.
Sevgisini, azadlığını, zamanını, arzularını.
Nə yazıq ki
Qisməti əzilən qadın olmuş.
Qadin, əyləncə sənə yasaq.
Vəzifən ər qarşısında susmaq.
Sən belə böyüdüldün, sən belə öyrədildin.
Şüarlarda öyülən,cəmiyyətdə xor görülən.
Sözdə ucadır deyib, əslində kiçildilən,
Müqəddəsdir deyib, həyatda alçaldılan,
Heykəllər qoya qoya öldürülən qadınlar.


KÖLƏLƏR ARASINDA İTMƏK ÜZRƏDİR İNSANLIQ

Hər kəsin içində qaranlıq, sabaha inamsızlıq,
Yaşamaq ölməkdən çətin.
Tərəddüdlər, şübhələr, ürəklərdə qorxu.
Qorxular içində əsarət.
Öldürülən balasını ağlaya bilməyən analar,
Göz yaşlarına qoyulan qadağalar.
Bir tikə çörək xatirinə vicdanına sus deyən atalar,
Dost-qardaş demədən bir-birini satanlar.
Adamlar mərhəmətsiz, zaman amansız.
İnsanlar qərarsız, sabaha əminsizlik.
Nəfslərlə çarpışan ruhlar.
Artıq zaman yetişmiş,
Ya haqqa doğru getmək, bu yolda ölmək
Ya şeytana əyilmək, sonra üz üstə düşmək.
Zillət boydan yuxarı dözüldükcə dözülür,
Güclülər at oynadır, zəiflər əzilir.
Yaşanan uğursuzluqlar intihara sürükləyir.
Bir gecəlik sevgilər, zənginliyə ərə gedənlər, vəzifəylə evlənənlər
Bütün ruhumla inandığım hər şey gözlərimdən yıxılır.
Kölələr arasında itmək üzrədir insanlıq.
Həqiqətə gedən yol, zindan və qaranlıq.
Susdurulmuş vicdanlar sahibləriylə üz-üzə,
Qərar ver, ya boyun əy dünyanı zəbt etmiş iblislərə,
Ya kömək et haqqı qurtarmaq istəyən mələklərə.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG