Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:38

90-cı illərin qalmaqallı, mübahisəli, savaşlı parlament iclasları 2010-cu illərdə necə xatırlanır?


-
- Parlamentin qəbul etdiyi qanunlar və qanuna dəyişikliklər həyatında nə iz buraxıb?

- Səncə, millət vəkilləri qərar verərkən müstəqil davranır?

Bu və başqa suallar AzadlıqRadiosunun «Şəffaflıq» verilişində «Şəffaflıq-Azərbaycan» təşkilatının nümayəndəsi Məhəmməd Muradov və keçmiş deputat Pənah Hüseynin iştirakı ilə müzakirə olunub. Müzakirələrə «Şəffaflıq Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyeva da qatılıb.


Məhəmməd Muradov:

«Milli Məclis korrupsiya əleyhinə mübarizədə əsas qurumlardan biri hesab olunur. Parlament birbaşa həm qanunların, eləcə də korrupsiya əleyhinə qanunların qəbulunda iştirak edir, həm də icraedici hakimiyyətə nəzarət edən əsas qurumlardandır. Biz bu hesabatda Azərbaycan parlamentinin həm nəzəriyyədə, həm də təcrübədə resurslarını öyrənmişik, hesabatlılığını, şəffaflığını və dürüstlüyünü, həm də antikorrupsiya rolunu qiymətləndirmişik. Aparatda kifayət qədər texniki və insan resursları var. Eləcə də millət vəkillərinin əmək haqları yüksəkdir».
Pənah Hüseyn
Pənah Hüseyn

Pənah Hüseyn:
«Təklif etmişdik ki, Milli Məclisdə iclaslar, heç olmasa, internetlə canlı verilsin. Bu da mümkün deyilsə, yerli FM-lərdə səsi getsin müzakirələrin. Amma Milli Məclis şəffaflığa doğru getməkdənsə, əksinə, getdikcə qapalı iclaslara doğru irəliləyir».

Məhəmməd Muradov:
«Bəzi millət vəkilləri sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar, bəziləri rektor, həkimdir. Bir millət vəkili Vergilər Nazirliyindən necə hesabat tələb edə bilər ki, özü Vergilər Nazirliyinə hesabat verməlidir? Və ya Təhsil Nazirliyi qarşında asılılığı olan rektor-deputat bu nazirlikdən hesabat ala bilərmi? Bütün bunlar birbaşa maraqlar konfliktidir».
Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

Rəna Səfərəliyeva:
«Milli Məclis kifayət qədər yaxşı iş görüb, gözəl qanunlar qəbul olunub. Azərbaycanın qanunvericilik bazası baxımından durumu yaxşıdır. Problem bu qanunların işlənməsi ilə bağlıdır. Hesabatda Milli Məclisdən bəzi məlumatları ala bilməmişik. Suallarımız cavabsız qalıb. Bu hesabat qərəzsizdir və biz çalışmışıq ki, balansı qoruyaq».

Pənah Hüseyn:
«İnformasiya azadlığı sahəsində Azərbaycan qanunvericiliyinə geriyə doğru dəyişiklik edilib. Eləcə də nümayiş və mitinqlər haqda qanuna dəyişikliklər olub, Seçki Məcəlləsi haqda Venesiya Komissiyasının rəy və tövsiyələri nəzərə alınmayıb. Buna görə də Milli Məclisin son dövrlər yaxşı qanunlar qəbul etməsi fikri ilə razılaşa bilmərəm».
XS
SM
MD
LG