Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

1 May nümayişinə çıxanları Tehranda tutublar


1 May Beynəlxalq Əmək günü ilə bağlı Tehranda nümayişə çıxan fəalları həbs ediblər.

Onlarla fəal İranın əmək nazirliyinin binası qarşısında nümayişə cəhd edib.

Polis 23 fəalı saxlayıb.

Əmək haqları fəalı Davood Rzavi Azadlıq radiosuna deyib ki, “bu həbslər İran hökumətinin ən adi narazılığa və etiraza dözümsüz olduğunu göstərir”.

Tutulanlardan biri süürücü Ebrahim Madadidir. O deyir ki, sürücülər gül və yemək paylamaq istəyirdi.

Məlumatlara görə, Madadini döyüblər və naməlum istiqamətdə aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG