Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

20 senator cəzaların Rusiyanın bank, enerji və silah sektoruna aid edilməsini təklif edib


Qanun layihəsini senator Bob Corker, Senatın Xaricici Əlqələr Komitəsinin üzvü təklif edib
Qanun layihəsini senator Bob Corker, Senatın Xaricici Əlqələr Komitəsinin üzvü təklif edib
ABŞ-ın 20 respublikaçı senatoru Rusiyaya qarşı daha sərt cəzalar təklif edir. Onların hazırladığı qanun layihəsi Rusiyanın aparıcı banklarını, enerji şirkətlərini və silah istehsalçılarını sanksiyalar siyahısına salır.

Senatorların cəzalandırmaq istədiyi qurumlar bunlardır: dövlətin olan Qazprom və Rosneft, dövlət silah istehsalçısı Rosoboroneksport və banklar – Sberbank, VTB, VEB və Qazprombank.

Qanun layihəsi ABŞ hökumətindən tələb edir ki, ABŞ və NATO Baltik ölkələrinə və Polşaya hərbi yardımı “əhəmiyyətli artırsın”.

Layihədə ABŞ prezidentinə səlahiyyət verilir ki, Ukraynaya 100 milyon dollar məbləğində birbaşa hərbi yardım etsin.

Senatorlar belə bir qanun layihəsi hazırlamalarını ABŞ hökumətinin Rusiya aqressiyasına zəif cavab verməsi ilə izah edirlər.

Bu qanunun qəbul olunma ehtimalına gəldikdə, Senatdakı demokrat rəhbərliyi qanun layihəsini “məsuliyyətsiz” adlandırıb. Demokratlar hesab edirlər ki, böhran olanda ikitərəfli qaydada hazırlanan müsbət qanun layihələri təcrübəsi var, respublikaçılar isə birtərəfli qaydada qanun layihəsi hazırlayıblar.

Hökumət isə yeni qanun layihəsinə münasibətdə öz yanaşmasını müdafiə edib: Rusiya vəziyyəti qızışdırdıqca, hökumət də sanksiyaları artıracaq.
XS
SM
MD
LG