Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

Xarkovda AzadlıqRadiosu əməkdaşlarına hücum olub


Xarkovda Maydan və Antimayfan fəallarının qanlı toqquşmaları adi hala çevrilib. Tərəflər arasında barışmaz mövqe getdikcə güclənir

Xarkovda Maydan və Antimayfan fəallarının qanlı toqquşmaları adi hala çevrilib. Tərəflər arasında barışmaz mövqe getdikcə güclənir

Xarkovda Rusiyameylli fəallar AzadlıqRadiosu Ukrayna xidmətinin əməkdşlarına hücum ediblər.

Jurnalitin sözlərinə görə, Xarkov vilayət icra hakimiyyəti binası qarşısında Ukrayna bayrağını yandırırdılar. Onlar bunu videoyaya çəkəndə jurnalistlərin ünvanına təhqir və hədələr səslənib. Onları “faşist” və “banderaçı” adlandıraraq vurmağa başlayıblar və tələb ediblər ki, Rusiyameylli qüvvələrin aksiyaları haqda məlumat verməsinlər.

Jurnalistləri aqressiv fəalların əlindən polis əməkdaşları alaraq hadisə yerindən uzaqlaşdırıblar.

Xəbər verilir ki, Xarkovun Azadlqı meydanında mitinq keçirməy palnlaşdıran Rusiyameylli qüvvələr bu ərəfədə sosial şəbəkə vasitəsilə aksiyaya gələn “ukrayna jurnalsitlərinə mane olmaq” çağırışları yayıblar.

Bu çağırışlarda AzadliqRadiosunun da adı arzuolunmaz media sırasında çəkilib.

Bu, Ukraynda AzadliqRadiosu əməkdaşlarına ilk hücum deyil. Bundan əvvəl də antimaydan qüvvələri Kiyevdə, sonra isə Krımda və Ukraynanın şərqində dəfələrlə radionun Ukrayna xidməti əməkdaşlarını həbs edib, döyüb və hədələyiblər.

Bir sıra media azadlığını müşahidə edən təşkilatlar Ukraynadakı son hadisələr fonunda jurnalistlərə qarşı təzyiqlərin sayının kəskin şəkildə artığını deyirlər. Son vaxtlar isə hətta jurnalistlərin girov götürülməsi halları qeyd olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG