Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:06
Azərbaycanın «Eurovision» təmsilçisi Dilarə Kazımova ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycan təmsilçisi hava gimnastı və üç bek-vokalçı ilə səhnəyə çıxıb.

Qadın gimnastı 8 metrlik trapesiyada çıxış edib.

«Eurovision» tarixində bu, ilk belə hadisədir ki, nömrə hava gimnastının iştirakı ilə qurulur.

«Start a Fire»nin quruluşçusu İsveç rejissoru və xoreoqrafı Osa Enqmandır.

Səhnə quruluşu polşa-yapon xoreoqrafı Petr Torazava Giro ilə əməkdaşlıqda həyata keçirilib.

Dilarə Kazımova «Start a Fire» mahnısını 8-ci nömrə altında «Eurovision» müsabiqəsinin birinci yarımfinalında mayın 6-da təqdim edəcək.
XS
SM
MD
LG