Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37
-
Azərbaycan Dövlət Musiqili Teatrı və “BIMTEK Mobile Solutions And Marketing” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanıb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, müqaviləyə əsasən, “BIMTEK” göstərdiyi toplu SMS xidməti vasitəsilə tamaşaçıları müntəzəm olaraq Azərbaycan Dövlət Musiqili Teatrının həftəlik repertuarı haqda məlumatlandıracaq.

Bu xidmətdən bəhrələnməkdə məqsəd, insanları Musiqili Teatra cəlb etmək, onları teatr sənətinin gündəmində olan yeniliklərlə tanış etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG