Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Rusiya vətəndaşlığı almaq asanlaşandan sonra qorxurlar ki, Ermənistanda heç kim qalmaya


Ermənistan. Arxiv fotosu

Ermənistan. Arxiv fotosu

Ermənistandan Rusiyaya son bir ildə 670 min adam gedib. Ukraynanın ən varlı adamı o biri oliqarxın hərəkətlərini təkrar etmək istəmir. Seneqalda Quran məktəbində oxuyan uşaqları diləndirirlər- Mətbuat icmalı

***

Ermənistanda qorxurlar ki, Rusiyanın vətəndaşlıq verməsini belə asanlaşdırması Ermənistanda adam qoymaya. Yerli ekspertlər Eurasiya View-ya deyirlər ki, Rusiyanın aprelin 21-də qəbul etdiyi qanun ermənilərin ən çox gözlədiyi qanunlardan biri idi.

Hazırda 3 milyon əhalisi olan Ermənistan Sovet İttifaqı dağılandan sonra öz əhalisini sürətlə itirir. Rusiyanın Miqrasiya xidmətinin məlumatına görə, 2013-cü ildə Rusiyaya 670 min Ermənistan vətəndaşı gedib. Bu, əvvəliki ildən 20 faiz çoxdur.

Getməyin bir əsas səbəbi işsizlikdir. Ermənistanda işsizlik 16 faizdir. Əhalinin 33 faizi kasıblıqdan aşağı həddə yaşayır. . Ermənistanın Mərkəzi Bankının məlumatına görə keçən il Ermənistan vətəndaşları xaricdə işləyən ermənilərdən 1,6 milyard dollar alıblar. Bunun da 86 faizi Rusiyada işləyənlərtin evə göndərdiyi puldur.

***

New York Times yazır ki, maskalı yaraqlılar yavaş-yavaş Şərqi Ukraynanı tutur. 20 yaşından 40 yaşına kimi olan maskalı yaraqlılar hakimiyyət binalarını zəbt edirlər, “xalq respublikları” yarandığını bildirirlər.

Donetskin və Luhanskın ətrafında hakimiyyət əldən gedən belə şəhərciklərdən ibarət zolaq böyüyür. Ukraynanın zəbt olunan yerləri qırmızı rənglə göstərilən xəritə

Ukraynanın zəbt olunan yerləri qırmızı rənglə göstərilən xəritə


Qəzet yazır ki, bura 6,5 milyon insanın yaşadığı sənaye regionudur. Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turchinov etiraf edir ki, hökumətin polisi burda nəzarəti itirib.

***
Ukraynanın ən varlı adamı olan Rinat Akhmetov isə öz biznesini rusiyapərəstlərə satmaq və Ukraynadan çıxıb getmək fikrində olmadığını deyib. O, əksinə, ukraynalıları birliyə çağırır.

Financial Times yazır ki, Akhmetov hazırda rusiyapərəstlərin tutduğu Şərqi Ukraynadakı daş kömür mədənlərinin, Ukraynanın polad, elektrik enerjisi istehsalının yarısına nəzarət edir.

Axmetov deyir ki, o, hələ də Donetskdədir və nümayişçilərə aydın deyib ki, Donetsk və Donbas Ukraynadır.

Akhmetov Donetsk regionunda ən nüfuzlu şəxs hesab olunur. O, həmçinin Donetskin “Şaxtar” klubunun sahibidir.
"Şaxtar" udandan sonra azarkeşlər klubun sahibi Akhmetovu atıb-tuturlar

"Şaxtar" udandan sonra azarkeşlər klubun sahibi Akhmetovu atıb-tuturlar


Qəzet yazır ki, bəziləri Akhmetova digər oliqarx Kolomoiskinin hərəkətlərini təkrar etməyə çağırır. Qonşu Dnepropetrovsk regionuna qubernator təyin edilən bu oliqarx öz adamları vasitəsilə hüquq-mühafizə qüvvələrinə maliyyə yardımı edir və ya azad edilən binaya görə pul mükafatı təyin edir , onlar da tutulan binaları geri alırlar.

Kolomoiskinin regionunda bir dənə də olsun tutulub-qalan hökumət binası yoxdur.
Akhmetov isə Financial Timesun sualına e-malillə cavab verib ki, o, indiyə kimi rusiyapərəst nümayişçilərlə Kiyev arasında vasitəçilik edir.

***

Mayın 1-i Dünya Əmək Günüdür. Human Rights Watch dünya hökumətlərinə müraciət edir ki, bu Günü əməyə məcbur edilənləri qorumaqla , bunu aradan qaldırmaqla qeyd etsinlər.

Beynəlxaıq Əmək təşkilatının məlumatına görə, dünyada 21 milyon uşaq, qadın, kişi əməyə məcbur edilir, yəni qul kimi işlədilir. Onlara bir ildə əmək haqqı kimi verilməyən pul azı 21 milyard dollardır. İstismar olunanlardan 18 milyonu özəl şirkətlərdə istismar olunur.

Human Rights Watch son 10 ildə qul əməyi haqda 49 hesabat yayıb.

Sonuncu hesabatdan seçmələri təşkilat yada salır: Seneqalda "Qullar muzeyi"

Seneqalda "Qullar muzeyi"


Seneqalda Quran tədris olunan mədrəsələrə gedən uşaqları dilənməyə və qazandıqları pulu gətirib, müəllimləri olan mollalara verməyə məcbur edirlər.
Belə uşaqların sayı azı 50 mindir. Dilənib, pul qazanmayan uşaqları zəncirlə bağlayıb, döyürlər.

Vyetnamda narkomanlar müalicə olunan mərkəzdə hamını həftədə 6 gün işləməyə məcbur edirlər. İşləməkdən boyun qaçıranı cəza otaqlarına göndərirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG