Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

DİN AzadlıqRadiosunun əməkdaşının hədələnməsi ilə bağlı müraciətə cavab verib


-
Daxili İşlər Nazirliyi (DİN) AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun hədələnməsi ilə bağlı müraciətinə cavab verib.

Mayın 1-də Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) jurnalistə ünvanlanan məktubda müraciətə qurumun İctimai Təhlükəsizlik idarəsində baxıldığı bildirilir.

Qeyd olunur ki, Facebook sosial şəbəkəsində jurnalisti hədələyənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Nizami rayon polis idarəsində tədbirlər davam etdirilir.

“Eyni zamanda jurnalistin və onun ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Nizami və Yasamal rayon polis idarələrinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib”.

2014-cü ilin fevral ayında facebook sosial şəbəkəsində jurnalistə qarşı “Yafəz Əkrəmoğlu kimdir?” qrupu yaradılıb. Bu qrupun yaradıcıları facebookda yerləşdirdikləri elanda Yafəz Əkrəmoğlunun Naxçıvan hakimiyyətini pisləyən yazılarının qəbuledilməz olduğunu vurğulayıblar.

Elanda jurnalist “məlum xarici ölkənin xüsusi xidmət orqanının agenti” də adlandırılıb.

Daha sonra həmin səhifəni idarə edənlər tənqidi yazıları dayandırmayacağı halda jurnalisti öldürəcəkləri ilə hədələyiblər və ona öz yazdıqlarını təkzib etmək üçün 10 gün vaxt verdiklərinini qeyd ediblər. Bu kimi hədələr sonrakı günlərdə də davam etdirilib.

Jurnalist bundan sonra təhlükəsizliyinin təmin olunması və onu hədələyən şəxslərin tapılıb istintaqa cəlb olunması üçün DİN-ə müraciət edib.
XS
SM
MD
LG