Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:20
-

Azərbaycanda keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlanıb. TQDK sədri Məleykə Abbaszadə mayın 1-də keçirdiyi mərtbuat konfransında bildirib ki, birinci istiqamət üzrə buraxılış imtahanları iyunun 8-də Bakı, Sumqayıt və Abşeronda keçiriləcək.

«İkinci istiqamət üzrə imtahanlar iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də, 4-cü istiqamət üzrə isə iyunun 24-də keçiriləcək. Eksternat imtahanlar isə iyunun 29-da keçiriləcək».

Bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG