Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39
-

Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssamı və heykəltəraşı Laurence Jenkell-in fərdi sərgisinin açılış mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sərgidə müxtəlif ölkələrin bayraqlarının qeyri-adi formada - konfet şəklində heykəlləri nümayiş olunacaq.

Müəllifin Bakıda açılacaq ilk fərdi sərgisində ümumilikdə 26 əsər təqdim ediləcək.

Ziyarətçilər Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görə biləcəklər.

Sərgidə Azərbaycan bayrağının da heykəli nümayiş olunacaq.

Qeyd edək ki, müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda «Böyük iyirmilik» ölkələrinin (G20) sammitində təşkil olunub.

Həmin vaxt Laurence Jenkell zirvə toplantısı üçün «Böyük iyirmiliyə» üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.

Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri, bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Xanım Jenkell-in əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.

Xanım Jenkell 1965-ci ildə Fransada- Bourges-də doğulub.

Hazırda doğulduğu ölkənin Valloris şəhərində yaşayır və yaradır.

Heydər Əliyev Mərkəzində təşkil olunacaq sərgi oktyabrın 31-dək davam edəcək.
XS
SM
MD
LG