Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:09

Ağdaşda YAP-ın yeni inzibati binası açılıb


-
Mayın 1-də prezident İlham Əliyev Ağdaşa səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Prezidentin saytının məlumatında bildirilir ki, “respublikanın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin gözəlliyini artırır. Bu binalarda ən yüksək səviyyədə işləmək üçün hər cür şərait yaradılır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bina orijinal layihə, maraqlı memarlıq quruluşu ilə Ağdaş şəhərinin gözəlliyini daha da artırır”.

Prezidentə məlumat verilib ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılıb.

“İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunub. Bina müasir inventar və avadanlıqla təchiz edilib. Binanın foyesində ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulub”.

İlham Əliyev Ağdaş səfərində Heydər Əliyevin yeni ucaldılmış abidəsinə baş çəkib, Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib.
XS
SM
MD
LG