Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:56
-

Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması barədə sərəncam imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti qurumlarla birlikdə Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə isə Bakı Xoreoqrafiya Akademiyasının nizamnamə layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, sərəncamdan irəli gələn digər məsələlərin həlli ilə məşğul olmaq tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG