Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50
-
Şərq Qapısı - 01.05.2014


Bu ilin turizm mövsümü bizə nə vəd edir?

…Bəli, dünya bizə belə qiymət verir. Və bu dəyəri əməli işə çevirib ondan yurdumuzun təbiətini, mədəniyyətini və inkişafını tanıtmaq üçün növbəti turizm mövsümünün lap başlanğıcındayıq. Ancaq kimlərsə hələ sektorda bu il “siftə” etməyibsə, bir az da özünün hazırlıq işlərinə baxsın. Bu il üçün onlar hansı yeni tur proqramlar düşünüblər? Muxtar respublikamızın hansı turizm mar­şrutları üzrə turistlərin hərəkəti planlaşdırılır? Mövsüm öncəsi hansı turizm sərgilərində iştirak ediblər, kimlərlə işgüzar əlaqələr qurulub? Şəhərimizin, muxtar respublikamızın gur axınlı yerlərində hansı məzmunda və neçə reklam tabloları vardır? Naxçıvan şəhərinin, muxtar respublikanın hansı xarici dillərdə turizm-bələdçi kitabçaları və xəritələri nəşr olunub? Biz xaricdən, turizm sərgilərindən, lap elə Bakı şəhərində hər il keçirilən və nüfuzuna görə Avropada və MDB-dəki sərgilər arasında ön yerləri tutan, artıq 13-cü dəfə keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisindən qucaq-qucaq bukletlər gətirib dost-tanışlara hədiyyə edir, bununla da, tələbələrə özümüzü göstəririk. Bəs özümüz həmin sərgilərə və ya xarici ölkələrə gedəndə nə qədər sayda və adda bukletlər aparıb paylayırıq? İcra hakimiyyətləri, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, onun rayon şöbələri turizm ehtiyatlarımız, onların rekreasiya dəyəri, turistlərə göstərilə biləcək konkret xidmətlər və onların qiymətləri haqda hansı elektron resurslar hazırlayıb internetdə yerləşdiriblər? Yaxud turizm sahibkarlığı üzrə hansı biznes-planlar işlənilib və ya sahibkarlara bu barədə tövsiyələr verilib? Muxtar respublikada kənd turizmi istiqamətində hansı mikrolayihələr aparılır və bunlara nə qədər kredit yönəldilir?
XS
SM
MD
LG