Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:06
-

ABŞ Dövlət Departamenti 2013-cü il Terrorçuluqla Mübarizəyə dair hesabatını açıqlayıb. Hesabata görə, Cənubi Asiya terrorçuluqla mübarizədə ön cəbhə olaraq qalır.

Kuba, İran, Sudan, Suriya terrorçuluğun sponsorları adlandırılır. İraq, Əfqanıstan və Pakistan terrorçular üçün təhlükəsiz sığınacaq sayılır.

Azərbaycan Birləşmiş Ştatlarla terrorçuluğa qarşı güclü əməkdaşlığını qoruyub saxlayıb. Qafqaz ərazisindən adam, pul və material daşımaq istəyənlərə qarşı fəal mübarizə aparıb. Hesabatda belə deyilir.

Terrorçuluqla mübarizəyə əsasən Milli Təhlükəsizlik Nazirliyi cavabdehdir, ancaq Daxili İşlər Nazirliyi də ölkənin əsas güc strukturu olaraq qalır. Hər iki nazirlik terrorçu fəaliyyəti aşkarlamaq və zərərsizləşdirmək gücünü nümayiş etdirib.

Hesabatda hüquq-mühafizə orqanlarının terrorçuluq əleyhinə apardıqları əməliyyatlar sadalanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG