Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11
-
Şəmkir sakini Ələddin Hüseynov deyir ki, rayon polis şöbəsində oğlunu döyərək boynuna oğurluq etdiyini qoyublar. Ələddin Hüseynovun sözlərinə görə, həmin oğurluq hadisəsi 4 ay öncə qudası Fərhad Kazımovun fermasında baş verib. O deyir ki, oğurluq baş verən vaxt 27 yaşlı oğlu Sərxan Hüseynov fermada, qudasının yanında işçi olaraq çalışırmış:

“ŞÖBƏDƏN DEDİLƏR Kİ, OĞLUNUZ OĞURLUĞU ETİRAF EDİB”

“Ötən ilin dekabrında qudam oğlumu dəvət eləmişdi ki, mal fermasında yanında işləsin. Bir müddət işlədikdən sonra Fərhad fermadakı seyfindən 20 min manat pulunun götürüldüyünü deyib. Səhər gedib polisə müraciət etmişdi. O vaxt oğlumdan izahat alıb buraxmışdılar. Fərhadın polisdə işləyən oğlu Kamran bir müddət sonra dedi ki, bibisi oğlundan şübhələnir. Dedi ki, onun izinə düşmüşəm, ehtimal edirəm ki, o götürüb pulları. O vaxtdan məsələ belə qalmışdı. Üstündən 4 ay keçəndən sonra, may ayının 21-də sahə müvəkkili gəlib oğlumu evdən götürüb aparıb şöbəyə. Sonra maraqlandıq, şöbədən dedilər ki, oğlunuz 4 ay öncə baş verən oğurluğu etiraf edib. Biz inanmadıq. Gecə ilə getdik şöbəyə, qəbul etmədilər”.

Sərxan Hüseynovun valideynləri

Sərxan Hüseynovun valideynləri

Ələddin Hüseynov deyir ki, həyat yoldaşı ilə birgə şöbədə olduğu vaxt oğlunu arxa qapıdan çıxarıb çəkiliş üçün evlərinə aparıblar:

“KADRLARDAN DA GÖRÜNÜRDÜ Kİ, OĞLUM DÖYÜLÜB, İŞGƏNCƏYƏ MƏRUZ QALIB”

“Bir gün sonra getdik, dedilər istəyirsiniz etiraf etməsinin görüntüsünü göstərək. Baxdıq ki, uşağı aparıblar evə, çıxarıblar stulun üstünə. Qışqırırlar üstünə ki, əlini at karnizdən pulları götür. Oğlum da əli əsə-əsə əlini uzadır, karnizin arasından 2900 manat pul çıxarır. Etiraf edir ki, həmin pulları Fərhadın pencəyinin cibindən götürüb. Fərhad da deyir ki, mənim cibimdə pul olmayıb, seyfdən oğurlanıb. Kadrlardan da görünürdü ki, oğlum döyülüb, işgəncyə məruz qalıb. Üz-gözü şişmişdi”.

Şəmkir Rayon Polis Şöbəsinin müstəntiqi İlqar Şabanov isə təqsirləndirilən şəxsə işgəncə verilməsi ilə bağlı iddiaları rədd etdi. O, həmçinin Sərxan Hüseynov haqqında 2 aylıq həbs qətimkan tədbirinin seçildiyini bildirdi:

“İNSAN TUTMAQ ASANDIRMI? BU TOYUQ DEYİL KI...”

“O, 20 min manat pul oğurlayıb. İstintaq hərəkətləri olub, vəkilin, hal şahidlərinin iştirakı ilə maddi sübut götürülüb. Atasıgili də bu gün onunla görüşdürdüm. Oğlu qovdu atasını. Dedi ki, ay ata, səni belə-belə olasan, bu oğurluğu mən etmişəm, nə istəyirsən camaatdan. Bizim əlimizdə faktlar var. Yoxsa, insan tutmaq asandırmı? Bu toyuq deyil ki...”

- Atası deyir ki, polisdə döyüb zorla boynuna qoyublar.

- Atası çox şey deyə bilər. Polis insan hüquqlarını gözləyir. Avropa Şurası var. Biz istəmərik ki, bizim ölkədən harasa şikayət olunsun. Xalqın ümid yeri polisdir. Biz qəssab-zad deyilik ki, adam döyək. Özü də mətbuata çox gözəl müsahibə verib, etiraf edib oğurluq etdiyini”.

- Hadisə 4 ay öncə baş verib və həmin vaxt Sərxan Hüseynov da dindirilib. O vaxt şübhəlini müəyyən edə bilməmişdiz?

- Müəyyən edə bilsəydik, o vaxt tutardıq. İndi müəyyən etmişik, indi də tutub gətirmişik.

- Atası deyir ki, zərərçəkənin oğlu polisdə işlədiyi üçün siz onların tərəfini tutursunuz...

Bir qrup onun atası kimi insanlar var ki, bu dövlətdə yaşamaq onlara haramdır. Zərərçəkənin oğlu polisdir, xalq düşməni deyil ki. Polisdirsə demək araşdırmamalıyıq?

Şərhləri göstər

XS
SM
MD
LG