Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

Moskvada parad keçirilib


arxiv foto
arxiv foto
-
Mayın 1-də Rusiyanın paytaxtı Moskvada yüz minlərlə adam parada çıxıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ilk dəfə olaraq Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları may günü paradı təşkil edib. Parad Qızıl Meydanda keçirilib.

Paradda 100 min nəfərin iştirak etdiyi bildirilir. Kütlənin əlində rəngli şarlar və şüarlar, güllər, sovet bayrağı olub.

Bu gün Moskvanın müxtəlif bölgələrində siyasi partiyalar və qeyri-hökumət təşkilatları kiçik paradlar təşkil edəcəklər.

Hazırda Rusiya ilə Ukrayna arasında Rusiyanın Krımı anneksiya etməsi səbəbindən gərginlik başlayıb. Rusiyayönlü separatçılar Ukraynanın onlarla şəhərində ondan çox şəhəri tutub.
XS
SM
MD
LG