Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

NİDA-çıların məhkəməsinə gələn 4 nəfəri polis saxlayıb


-
Mayın 1-də NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi gedən Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən küçəni polis bağlayıb. Binanın qarşı tərəfinə yığışan adamlar əraziyə buraxılmır.

Məhkəmə zalından alqışlar səslənib. Bundan sonra binanın qarşısından buna alqışlarla reaksiya verilib.

Əl çalma aksiyası bir neçə dəqiqə davam edib. Əl çalanlardan biri deyir ki, “onlar əl çalmaqla ədalətsiz məhkəmə, siyasi quruluşa, Əliyevlər rejiminə etiraz edirlər”.

Polis əl çalanlara deyib ki, buna son qoyulsun. Bundan sonra polis məhkəmə binasının həndəvərinə yığışanları oradan uzaqlaşdırmağa başlayıb.

Məhkəmə binasının qarşısına yığışanlardan 4 nəfəri polis saxlayıb. Az sonra onlar buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG