Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:49

NİDA-çıların məhkəməsidir, əraziyə polis nəzarət edir


-
Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi başlayıb.

Məhkəmə binasının qarşısına çoxsaylı ictimai fəallar, siyasi partiya təmsilçiləri, media nümayəndələri yığışıb. Ətrafda çoxsaylı polis qüvvələri var.

Bu günkü məhkəmə prosesində gənc fəallar son sözlə çıxış edəcək.

Polis ətrafa yığışan adamları ərazidən uzaqlaşdırır.

Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi gəncləri kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib. “Nida”çılar həmin gündən buna etiraz olaraq aclıq aksiyası keçirir.
XS
SM
MD
LG