Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:50

İraqın baş naziri qələbə qazandığını deyir


-
İraqda parlament seçkilərindən sonra bülletenlər sayılır. Baş nazir Nuri al-Maliki qələbəsindən əmin olduğunu deyib. Aprelin 30-da İraqda ABŞ qüvvələri bu ölkədən çıxandan sonra ilk parlament seçkisi keçirilib. Seçicilərin 60 faizi səsverməyə gedib. Yaraqlı qruplar seçkini pozacaqlarını deyirdilər.

Maliki Hüquq Dövləti koalisiyasının parlamentdə ən güclü blok olacağını, yalnız “qələbənin miqyasını” gözlədiyini deyib.

Seçki günü yüz minlərlə polis təhlükəsizliyi qoruyub. Ancaq bəzi yerlərdə terror hücumlarında azı 14 nəfər ölüb, 16 nəfər yaralanıb.
XS
SM
MD
LG