Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:26

NİDA-çıların son sözü: «Mərhəmət istəmirik. Ədalət tələb edirik»

NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi bitmək üzrədir. ​

Ötən ilin mart-aprel aylarında tutulan NİDA-çıları Baş Prokurorluq, əsasən, kütləvi iğtişaş təşkili cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.

Aprelin 17-də dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Bu gün – mayın 1-də NİDA üzvləri məhkəmədə son sözlə çıxış edib.

NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü 15 gündür aclığı davam etdirir.

NİDA-çı gənclər aprelin 17-dən ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aclıq aksiyasına başlayıb. Onların valideynləri də övladlarının azad edilməsi üçün aprelin 20-dən aprelin 24-ə qədər aclıq aksiyası keçirmişdi.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» NİDA-çıları «vicdan məhbusları» adlandırıb, onların azad olunması üçün kampaniyaya başlayıb.


AzadlıqRadiosu məhkəməni və məhkəmə ətrafında baş verənləri yaxından izləyir. Xəbərlər Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir
.

17:30 1.5.2014
NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər, jurnalist Zamin Hacı və vəkil Əshabəli Mustafayev məhkəmənin bugünkü iclasından danışırlar.
16:57 1.5.2014

NİDA-çıların məhkəmədə dedikləri «Son söz»ün mətni

Davamı

XS
SM
MD
LG