Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:28
-
Beynəlxalq Valyuta Fondunun Vaşinqtondakı icraçı şurası Ukraynaya iki illik kredit verilməsinə “hə” deyib. Kreditin həcmi 17, 01 milyard dollardır. Məbləğin 3,19 milyardı dərhal veriləcək.

BVF-in mətbuat xidmətinin məlumatına görə, Ukrayna hökumətinin Fondun da dəstəklədiyi iqtisadi proqramı makroiqtisadi sabitliyi bərpa etməyə, iqtisadi idarəetməni və şəffaflığı gücləndirməyə, iqtisadi inkişafın başlanmasına təkan verməyə yönəlib.

Kreditin 1,29 milyardı büdcənin dəstəklənməsinə sərf olunacaq. BVF-in kredit ayırması Ukrayna üçün daha bir qapının açılmasına gətirib çıxara bilər. Başqa sözlə, ölkə üçün Dünya Bankı, Avropa İttifaqı və digər maliyyə donorlarında da 15 milyard dollar kredit alma şansı yaranır.

UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR

Günün bütün mövzuları

XS
SM
MD
LG