Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47
-
Prezident İlham Əliyev aprelin 30-da II Dünya müharibəsinin 69-cu ildönümü ilə bağlı bir sıra sərəncamlar imzalayıb.

Sərəncamlara görə, II Dünya müharibəsinin iştirakçıları 700, arxa cəbhə və Leninqrad şəhərinin müdafiəsində iştirak edənlərə 300 manat birdəfəlik yardım alacaq.

Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilən şəxslərin təqaüdü isə mayın 1-dən 55 manatdan 100 manata qaldırılır.

Prezident digər bir sərəncamı da II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi ilə bağlıdır.

Sərəncamlardan irəli gələn məsələlərin həlli üçün prezidentin ehtiyat fondundan 11 milyon 100 min manat vəsait ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG