Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:14

Gömrük Komitəsi təkliflər hazırlayır


Aydın Əliyev
Aydın Əliyev
-
İdxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük rəsmiləşdirilməsinin müddəti azaldılacaq.

Bunu aprelin 30-da jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O, bəzi normativ aktların dəyişdirilməsi ilə bağlı hazırladıqları sənəddə idxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük rəsmiləşdirilməsini 72 saatdan 24 saatadək azaldılmasını təklif edirlər.

Bununla tez xarab olan malların daşınmasındakı problemlərin aradan qalxacağını deyən komitə sədrinə görə, bu dəyişiklik kənd təsərrüfatı istehsalçılarını dəstəkləməyə imkan verəcək.

Komitə sədrinin dediyinə görə, hazırladıqları təkliflərin arasında digər bir dəyişiklik var. Bu gömrük bəyannamələri ilə bağlı üzə bəzi kiçik problemlərin aradan qaldırılmasına, razılaşdırma xarakterli müxtəlif aspektləri həll etməyə imkan verəcək.
XS
SM
MD
LG