Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

«Azadlıq» qəzetinə xəbərdarlıq elan etməsi üçün rəy verilib


Azadlıq qəzeti

Azadlıq qəzeti

Mətbuat Şurasının şikayətlər üzrə komissiyası şuranın «Azadlıq» qəzetinə xəbərdarlıq elan etməsi üçün rəy verib.

Buna qəzetin 18 aprel sayında prezident İlham Əliyev haqda yazılan fikirlər səbəb olub.
Aprelin 30-da Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında həmin yazı ilə bağlı Yeni Azərbaycan Partiyasının müraciətinə baxılıb.

Mətbuat Şurasının yaydığı məlumatda deyilir ki, «Azadlıq» qəzeti 30 aprel iclası barədə məlumatlandırılsa da, qəzetin rəhbərliyi toplantıya qatılmayıb. Yeni Azərbaycan Partiyasının müraciəti cavabdeh tərəfin iştirakı olmadan müzakirə edilib.

Mətbuat Şurasının açıqlamasında deyilir:

«Müzakirələr zamanı komissiya üzvlərinin çıxışlarında yekdil fikir səslənib ki, «Azadlıq» qəzetinin 18 aprel 2014-cü il sayında gedən yazıda dövlət başçısı ilə bağlı etik çərçivəni aşan fikirlər yer alıb. Məqalədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər təqdim olunub və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsip və bəndlərinin tələbləri pozulub. Komissiya «Azadlıq» qəzetinə Mətbuat Şurasının xəbərdarlığının elan olunması barədə rəy çıxarıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG