Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

«Bakı-2015»Avropa Oyunları zamanı beynəlxalq rouminq ucuzlaşacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir ki, bununla bağlı artıq təkliflər hazırlanıb, Nazirlər Kabinetinə göndərilib.

«Bakı 2015 Avropa Oyunları»na hazırlıq üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən Rəhbər Komitənin iclasında nazir Əli Abbasov bildirib ki, Rusiya ilə Azərbaycan arasında rouminq tariflərinin azaldılması ilə bağlı aparılan işlərin yaxın zamanlarda səmərə verəcək. O, bu siyasətin digər ölkələrlə də həyata keçirildiyini qeyd edib.

Nazir dövlət və özəl strukturlara tapşırıb ki, Avropa Oyunları zamanı telekommunikasiya infrastrukturunun keyfiyyətli işi üçün lazımi tədbirlər görsünlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG