Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

“Royalbank” əməkdaşlarının işi məhkəməyə göndərilib


-
“Royalbank” ASC-nin paytaxt filialının əməkdaşlarının işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatında deyilir ki, filialın müdiri Anar Həşimov, baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılov maliyyədən sui-istifadə edib.

Onlar “Poliqrafist” MMC-nin adına müxtəlif vaxtlarda 71 min manat, 124 min 440 ABŞ dolları və 180 min avro məbləğində kredit sənədləşdiriblər. Bu müəssisənin hesabına guya avadanlıq alınması üçün 1 mln 668 min 682 manat, “Royal Construction Technologies and Development” MMC-yə 100 min manat köçürülüb. Filialın kassasından 64 min 939 manat çıxarılıb.

Bu vəsaitlər təyinatı üzrə istifadə edilməyib və mənimsənilib. Onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
A.Həşimov və İ.İsmayılov barəsində həbs-qətimkan tədbiri, X.Ağayeva barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. İstintaq zamanı 1 mln 771 min 331 manat banka qaytarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG